Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dollar qalxacaqmı?

Dollar qalxacaqmı?


Son vaxtlar Amerika dollarının Azərbaycan manatına nisbətinin artacağı barədə müxtəlif fikirlər səslənir. Xüsusilə, Bakıda keçiriləcək COP29 sammiti ərəfəsində bu arzuedilməz tendensiyanın baş verəcəyi ehtimal olunur. Bəs görəsən bu nə dərəcədə realdır?

Newscenter.az-ın xəbərinə görə, "İqtisadi Təhlil və Araşdırma Mərkəzi" yaxın perspektivdə dolların Azərbaycan manatı qarşılığında dəyər qazanacağını istisna edir. Mərkəzdən bildirilib ki, Azərbaycanda manatın dollar qarşısında sabit qalması, Amerika valyutasının bahalaşmaması üçün uğurlu pul-kredit siyasəti həyata keçirilir:

"Artıq uzun illərdir ki, bu siyasət nəticəsində manatın dəyəri sabit olaraq qalır. Cari ilin sonuna qədər bu sabitliyin davam edəcəyini söyləmək olar. Ona görə də əhalinin təlaş, təşviş keçirməsinə heç bir əsas yoxdur".

Mehman Mehdiyev
Xəbəri paylaş