"Ermənistan hakimiyyəti sözdə sülh istəyir, əməldə yox. Əks təqdirdə İkinci Qarabağ Müharibəsindən keçən 4 il ərzində bu ölkə s sülh müqaviləsinin imzalanması istiqamətində real addım atardı. Əksinə silahlanmağa üstünlük verməzdi".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Ermənistan sözdə sülh tərəfdarı olduğu görüntüsü yaratmağa çalışır.
"Reallıq isə onda. İbarətdir ki, bu ölkə sürətlə silahlanmağa üstünlük verir. Müntəzəm olaraq Ermənistanın müdafiə naziri Papikyanın ayrı-ayrı ölkələrə səfərləri, hücum silahlarının alınması ilə bağlı imzalanan sazişlər Ermənistanın əsl simasını ortaya qoyur və bu ölkənin heç də sülh müqaviləsi tərəfdarı olmadığını sərgiləyir",-deyə Analitik Qrupun açıqlamasında bildirilib.
Analitik Qrup hesab edir ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasını səmimi şəkildə istəsəydi, o halda konstitusiya dəyişikliyini qısa müddətdə reallaşdırar, vaxt udmağa çalışmazdı
Anar Əliyev