"İnqilabın baş verəcəyini ehtimal etmirəm. Gürcüstanda hazırkı hakimiyyət güclüdür və ona qarşı hər hansı inqilabın baş tutacağını gözləmək inandırıc deyil. Cəmiyyətdə belə bir abu hava hiss olunmur. Lakin Qərbdən və daxildən hazırkı hakimiyyətə ciddi təzyiqlərin olduğunu müşahidə etmək olur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov Gürcüstanda parlament seçkilrindən sonrakı vəziyyəti şərh edərkən səsləndirib. O bildirib ki, əksər ölkələrdə olduğu kimi Gürcüstanda da keçirilən seçkilərdə müəyyən pozuntuların olmasını qeyd edirlər, lakin bu müxalifət tərəfindən seçkini boykot etməyə də əsas verməməlidir:
"Biz indi görürük ki, Gürcüstan daxilində cəmiyyət iki hissəyə bölünüb, bunlar Qərb tərəfdarları və Gürcü Arzusunu dəstəkləyən qüvvələrdir. Hələ ki, onlar arasında ciddi bir qarşıdurma yaşanmayıb, lakin hazırkı Prezidentlə hökumət arasında gərginlik yaşanmaqdadır. Ehtimal etmək olar ki, etirazlar davam edəcək, əgər müxalifət partiyaları seçkinin nəticəsindən imtina etsələr bu hökumətin də işinə təsir edə bilər. Görünür ki, Qərbin, ələxsus Avropa İttifaqının bu proseslərdə ciddi rolu var, onlar müxalif qüvvələrinə dəstək verirlər. Belə bir vəziyyətdə ikiyə bölünmüş gürcü cəmiyyətində hələ müəyyən dönəm gərginliklərin davam edəcəyi gözləniləndir".
Süleyman