Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda inqilab gözlənilirmi?

Gürcüstanda inqilab gözlənilirmi?


Gürcüstanda keçirilən son parlament seçkiləri bu ölkədə hakimiyyət daxilində sözün həqiqi mənasında ikitirəlik yaradıb. Qərbin adamı kimi tanınan prezident Zurabaşvilinin seçkinin nəticələrini tanımaması onu deməyə əsas verir ki, Qərb bu ölkədə yeni bir inqilab edə bilər.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elvin Babayev isə bunu istisna edir. Onun sözlərinə görə, Gürcüstan cəmiyyəti, gürcü xalqı son seçkilərdə öz mövqeyini ortaya qoymaqla Qərbin inqilab ssenarisinə, ölkədə qarşıdurma, "demokratik inqilab" həyata keçirmək istəyinə yox dedi:

"Gürcü xalqı faktiki olaraq inqilablar əleyhinə olduğunu parlament seçkilərində təsdiqlədi. Bu da onu deməyə əsas verir ki, qonşu ölkədə hansısa ciddi bir prosesin baş vermə ehtimalı azdır".

Elvin Babayev qeyd edib ki, yalnız qısamüddətli etiraz aksiyaları, seçkinin nəticələrini tanımamaq barədə mitinqlər ola bilər ki, bu da Gürcüstanda ciddi siyasi xaos, qeyri-sabit vəziyyətə səbəb olmayacaq.

Anar Əliyev
Xəbəri paylaş