İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrinin elit bölmələrinin komandiri Hüseyn Səlami İsraili hədələyib.
Newscenter.az Iran mediasına istinadən bildirir ki, Hüseyn Səlami İsrailin respublika ərazisinə zərbə endirməsinə görə ağılasığmaz nəticələrlə üzləşəcəyini deyib. Onun bəyanatının mətnini korpusun mətbuat xidməti yayıb.
“Ölkənin hava hücumundan müdafiəsinin bütün məqsədlərinə çatmağa imkan vermədiyi qanlı sionist rejimin qeyri-qanuni hərəkətləri, xüsusilə Qəzza və Livanda müqavimət qüvvələri ilə mübarizədə onun səhv hesablamalarını və acizliyini göstərir. Təbii ki, bu əməlin acı nəticələri işğalçılar üçün ağlasığmaz olacaq”, - deyə Salami yazıb.
Mehman Mehdiyev