Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media sahəsində Türkiyə-Özbəkistan əlaqələri müzakirə edilib

Media sahəsində Türkiyə-Özbəkistan əlaqələri müzakirə edilib


Özbəkistanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün bu ölkəyə səfər edən EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Özbəkistan Respublikasının Jurnalistika və Kommunikasiya Universitetinin rektoru Dr. Sherzodxon Kudratxodjayev ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Hikmet Eren özü verib. Bildirib ki, görüşdə təhsil ocağı ilə birlikdə Türkiyə-Özbəkistan əlaqələri, kommunikasiya və media sahəsində həyata keçirilməsi mümkün olan layihələr dəyərləndirilib.

"Dünyada yeganə Jurnalistika və Kommunikasiya Universiteti iki ölkə arasında həm akademik, həm də sektor cəhətdən körpülər qurmaqla kommunikasiya və media dünyasında yeni üfüqlər açır. Bu güclü bağları birgə layihələrlə daha da irəli aparacağıq",-deyə Hikmet Eren bildirib.

Süleyman
Xəbəri paylaş