Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif gələn il Azərbaycana dövlət səfəri edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edərkən bildirib.
Dövlət başçısı Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29 tədbirində iştirakının və gələn il Azərbaycana dövlət səfəri səbirsizliklə gözlədiyini diqqətə çatdırıb.
Sevinc Mehdiyeva