Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parlament seçkiləri gürcü cəmiyyətini ikiyə böldü

Parlament seçkiləri gürcü cəmiyyətini ikiyə böldü


"Gürcüstandakı parlament seçkiləri gürcü cəmiyyətini ikiyə böldü və radikallığı artırdı".

Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki, Qərbyönlü və Rusiyapərəst qüvvələr kimi xarakterizə edilən siyasi partiyalar arasında ziddiyyətlər pik həddinə çatmaq üzrədir:

"Müxalifət düşərgəsi və prezident seçkinin nəticələrini tanımadı. Qərb də parlament seçkilərində ciddi pozuntuların və saxtalaşdırmaların olduğunu əsas gətirərək seçkinu qeyri-demokratik elan etdi. Yaranmış bu vəziyyət Gürcüstanı təhlükəli və riskli mərhələyə gətirib çıxarıb. həqiqətən də ölkədə yeni bir inqilab havası hiss olunmaqdadır. Ancaq hakim Gürcü Arzusu ehtiyatlı mövqe tutur və Rusiya ilə münasibətlərin normallaşmasına tələsmir".

Əli Oruclu deyib ki, artıq Kremlə yaxın mənbələr və politoloqlar Gürcüstanın Rusiyaya inteqrasiyanın yollarını şərh etməkdədirlər:

"Gürcüstandakı siyasi proseslərin doğuracağı nəticələr Cənubi Qafqazın digər iki ölkəsinə də sirayət edəcək. Göründüyü kimi artıq Gürcüstan üzərindəki beynəlxalq cəbhə xətti də aydınlaşıb. Gürcü arzusu partiyasının parlament seçkilərində qələbəsini hələ ki, Rusiyanın müttəfiqləri təbrik ediblər. Qərbın irəli gedən bir sıra dövlətləri isə seçkilərin nəticələrinin tanınmaması barədə çağırışlar edib. Əgər müxalifətin təyin etdiyi etiraz aksiyaları kütləvi alınarsa və hakimiyyət bu aksiyalara qarşı aşırı güc tətbiq edərsə, bu ciddi fəsadlara yol aça bilər. Məsələ qalır tərəflərin səbr və təmkinli yanaşmalarına".

Süleyman
Xəbəri paylaş