Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda nə qədər xarici vətəndaş çalışır

Qazaxıstanda nə qədər xarici vətəndaş çalışır


Hazırda Qazaxıstanda 13 707 əcnəbi vətəndaş işləyir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda Qazaxıstanda sosial təminat sistemindən istifadə edən 1799 işəgötürən var. Onlarda 390,2 mindən çox Qazaxıstan vətəndaşı çalışır ki, bu da işçilərin ümumi sayının 96,6%-ni təşkil edir.

İqtisadi fəaliyyət növlərinə görə, ən çox əhalinin sayı tikinti sahəsində - 5144 nəfər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda - 1638 nəfər, inzibati və yardımçı xidmətlərdə - 1439 nəfər, emal sənayesində 1376 nəfər, mədənçıxarma və karxanaların hasilatı sahəsində - 1344 nəfər olub. Qazaxıstanda ən çox çalışan Çin vətəndaşlarıdır ki, onların sayı 4600 nəfərdir.

Sonrakı yerləri Özbəkistan, Türkiyə və Hindistan tutur.

Mehman Mehdiyev
Xəbəri paylaş