Məlum olduğu kimi ötən gün Özbəkistanda parlament seçkiləri keçirilib. Yüksək seçici fəallığı ilə baş tutan seçkiləri dünyanın müxtəlif ölkələrindən olan müşahidəçilər izləyib.
Newscenter.az-ın xəbərinə görə, seçkiləri müşahidə edən EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren deyib ki, yeni konstitusiyanın qəbulundan sonra keçirilən ilk ümumi seçkilər olan parlament seçkiləri özbək xalqının demokratik prosesə inamını gücləndirəcək tarixi mərhələdir.
"Özbəkistanda keçirilən ümumi seçkilərdə beynəlxalq müşahidəçi olmaq və bu məqamın şahidi olmaq mənim üçün böyük şərəfdir",-deyə Hikmet Eren bildirib.