Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Monqolustana dövlət səfəri edib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, səfər Monqolustan Prezidenti Uxnaaqiyn Xuralsuxun dəvəti ilə baş tutub.
Ulan-Bator hava limanında Tokayevin rəhbərlik etdiyi nümayəndə heyətini Monqolustanın xarici işlər naziri Batmunxin Batsetseq qarşılayıb.
Səfər çərçivəsində keçirilən görüşlərdə Qazaxıstan və Monqolustan arasında əlaqələrin inkişafı, siyasi və iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunacaq.
Mehman Mehdiyev