Xəzər dənizinin sahillərində suitilər tələf olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, bu barədə Mangistau vilayətinin administrasiyası məlumat yayıb.
Bildirilib ki, şimal-qərb və qərb istiqamətində tufan başlayan zaman Xəzər dənizinin Qazaxıstan hissəsinin sahillərində ölü suiti cəsədləri aşkar edilib.
Hidrobiologiya və Ekologiya İnstitutu” tərəfindən toplanmış 151 suiti cəmdəklərindən toksikoloji, histoloji və virusoloji nümunələr götürülüb.
Mehman Mehdiyev