Sosial şəbəkələrdə Suraxanı rayonu 89 saylı məktəbdə dərs saatından sonra kənar şəxslərin təhsil müəssisəsinə daxil olması barədə məlumatlar yayılıb. Məsələ ilə bağlı təhsil müəssisəsi açıqlama yayıb.
Newscenter.az-a 89 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, 28.10.2024-cü il tarixində ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır.
Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir.
Qeyd edək ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Ruhiyyə Mehdiyeva