Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATU-da Gənclər üçün Vərəmlə bağlı maarifləndirici tədbir təşkil olunub

ATU-da Gənclər üçün Vərəmlə bağlı maarifləndirici tədbir təşkil olunub


29 oktyabr 2024-cü il tarixində Azərbaycan Tibb Universitetində “Sağlamlığa Xidmət” ictimai birliyi və Tibb Universitetinin birgə təşkilatçılığı ilə tibb tələbələri üçün “Vərəmlə mübarizə və maarifləndirmə tədbirlərində gənclərin rolunun artırılması” adlı seminar keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva, Azərbaycan Tibb Universitetinin prorektoru Mahir Səfərov, dekanı Fərəh Mədətli, Respublika QİÇS-lə mübarizə Mərkəzi direktoru Günəş Cəfərova, TƏBİB nümayəndəsi Aygün Xəlilova və digərləri iştirak edib.

Seminar zamanı Dr. Günəş Cəfərova vərəmin profilaktikası və diaqnostikası barədə geniş təqdimatla çıxış edərək gənclərə məlumat vermiş, auditoriyanın suallarını cavablandırmışdır. Tədbir zamanı yaxın zamanda ölkəmizdə keçiriləcək COP29 qlobal konfransı zamanı tematik günlər çərçivəsində 18 noyabr tarixində, xüsusilə səhiyyə mövzusuna da geniş yer verilməsi vurğulanaraq, iqlim dəyişmələrinin insan sağlamlığı, o cümlədən ictimai səhiyyəyə böyük təsiri qeyd olunub.

Süleyman
Xəbəri paylaş