Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin qətnaməsi sanki Ermənistan parlamentində qəbul edilib

Avropa Parlamentinin qətnaməsi sanki Ermənistan parlamentində qəbul edilib


"Avropa Parlamentinin qətnaməsi sanki Ermənistan parlamentində qəbul edilib".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib. Millət vəkili bildirib ki, Avropa Parlamentinin məlum qətnaməsi tamamilə qərəz, yalan iddialarla doludur:

"Avropa Parlamentinin qəbul etdiyi qətnamənin hər bir bəndi absurd iddialarla doludur və yalan faktları özündə əks etdirir. Təkcə bir faktı qeyd etmək kifayətdir. Qətnamədə iddia olunur ki, guya ermənilər Qarabağdan deportasiya olunub. Halbuki Qarabağ erməniləri özləri könüllü şəkildə Azərbaycanı tərk ediblər. Reallıq ondan ibarətdir ki, etnik təmizləməyə məruz qalan, Ermənistandan zorla qovulan məhz azərbaycanlılar olub".

Süleyman
Xəbəri paylaş