Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azər Əmiraslanov: "Aksiz vergisi 4,8 manat olan araq 1-3 manata satılır"

Azər Əmiraslanov: "Aksiz vergisi 4,8 manat olan araq 1-3 manata satılır"


Azərbaycanda 1-3 manata araq satılır, halbuki bu məhsul üçün aksiz vergisi 4,8 manatdır.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsində bildirib.

"Bir sıra ölkələrdə ucuz mala şübhə ilə yanaşmaq ənənəsi formalaşıb. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması bu bazara müdaxilə deyil. Burada dövlət qiymət müəyyənləşdirmir, daha dəqiq desək, bazar qiymətlərinə müdaxilə etmir. Nəzarətedici orqan istehsalçının xərclərinə baxmaqla müəyyən edir ki, məhsulun maya dəyəri neçə manat olmalıdır. Minimum qiymət dövlətə ödənilməli olan aksiz vergisinin də daxil olduğu qiymətdir. Bazarda 1-3 manata araq satılması göstərir ki, vergidən yayınma halı var”, - deyə o qeyd edib.(report)
Xəbəri paylaş