"Artıq uzun müddətdir ki, Azərbaycan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların toplantılarında mütəmadi iştirak edir, bu təşkilatlara üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən sammitlərə dəvət edilir, aparılan müzakirələrə qatılır. Əlbəttə ki, bu fəaliyyət, ilk növbədə, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda, ölkəmizin ikitərəfli formatda əlaqələrinin inkişafına mühüm təsir göstərir".
Newscenter.az-ın xəbərinə görə, bunu deyən YAP üzvü Məhəmməd Heydərli bildirib ki,
Azərbaycan hələlik BRICS sammitinə üzv olmasa da, bu qurumda yer almaq niyyətindədir:
"BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə, eləcə də digər üzvlərlə əməkdaşlığı daha da genişləndirmək üçün platforma ola bilər. Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzalanan Bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər".
Anar Əliyev