Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bələdiyyə sədri öldürülüb

Bələdiyyə sədri öldürülüb


Avstriyada silahlı hücum nəticəsində biri bələdiyyə sədri olmaqla iki nəfər qətlə yetirilib.

Newscenter.az TASS-a istinadən bildirir ki, hadisə Avstriyanın Yuxarı Avstriya əyalətinin Kirchberg ob der Donau şəhərində baş verib. Belə ki, şəhərin meri Franz Hofer və şəxsiyyəti hələlik məlum olmayan bir şəxs silahlı hücum nəticəsində həyatını itirib.

Yuxarı Avstriya əyalət polisinin verdiyi açıqlamada silahlı şəxsin Kirchberg ob der Donau bələdiyyəsinə hücum etdiyi bildirilib.

Polis hücum edənin ərazidə ov edən 56 yaşlı Roland Drexler olduğunu və hücumdan sonra qaçdığını bildirib.

Anar Əliyev
Xəbəri paylaş