"COP29-un Azərbaycanda keçirilməsi antiAzərbaycan qüvvələrini bərk narahat edir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili deyib ki, antiAzərbaycan qüvvələrinin başında Avropa Parlamenti və Fransa dayanır:
"Avropa Parlamenti adını dəyişib Fransa Parlamenti qoysa daha yaxşı olar".
Millət vəkili qeyd edib ki, antiAzərbaycan qüvvələrin COP29 ərəfəsində Azərbaycana qarşı apardığı məkirli kampaniya heç bir effekt verməyəcək və bütün planlar iflasa uğrayacaq.
Süleyman