Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili sabitliyi qorumaq lazımdır

Daxili sabitliyi qorumaq lazımdır


"Avropa İttifaqının, eləcə də digər antiAzərbaycan qüvvələrin Azərbaycan əleyhinə apardığı kampaniyaya qarşı Azərbaycan parlamenti tutarlı mövqe ortaya qoydu, öz sözünü dedi. Ancaq hesab edirəm ki, bu kimi antiAzərbaycan qüvvələrin planlarının qarşısını almaq üçün daxili sabitliyi qorumalı, daha həmrəy, bir olmalıyıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elşad Musayev səsləndirib. Millət vəkili qeyd edib ki, daxili sabitliyin qorunmasının əsas şərti, yolu isə yerlərdə mövcud olan problemlərin həllidir:

"Hesab edirəm ki, yerlərdə əhalinin üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq qurumlar ciddi addımlar atmalıdır. Bu yolla daxili sabitliyi daha da qorumaq və birliyimizi möhkəmləndirmək olar".

Süleyman
Xəbəri paylaş