Milli Məclis Rusiya və Özbəkistanla əməkdaşlıq haqqında saziş və müqaviləni ratifikasiya edib.
Newscenter.az xəbər verir ki, bununla bağlı layihələr Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.
Hər iki layihə səsə qoyularaq, bir oxunuşda təsdiqlənib.
Süleyman