Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Monqolustan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollara çatacaq

Qazaxıstan və Monqolustan arasında ticarət dövriyyəsinin həcmi 500 milyon dollara çatacaq


Qazaxıstan və Monqolustan arasında ticarət dövriyyəsinin həcminin 500 milyon dollara çatdırılması planlaşdırılır.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.

"Qazaxıstan və Monqolustan Asiyanın böyük ölkələri kateqoriyasındadır. Ona görə də qarşılıqlı ticarət geniş miqyaslı olmalıdır. Ötən il ticarətin həcmi 150 milyon dollara yaxın idi. Yaxın vaxtlarda bu rəqəmin 500 milyon dollara çatdırılması planlaşdırılır. Bunun üçün uzaq məsafələrə daşınan malların növünü artırmaq lazımdır. İqtisadi əməkdaşlığa mane olan maneələri aradan qaldırmaq lazımdır. Hər iki ölkənin hökumətləri konkret tədbirlər görəcək",-deyə Tokayev bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş