Rusiyada bəzi məktəblərdə hicab qadağan edilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiyanın Vladimir vilayətinin məktəbləri ibtidai və orta məktəb şagirdləri üçün geyim qaydalarına düzəlişlər ediblər. Yeni dərc olunan sirkulyarlara əlavə edilən maddələrə görə, formal təhsildə təhsil alan tələbələrə üzlərini və başlarını örtmək qadağan edilib.
Dəyişiklik təhsil müəssisələrində şagirdin dini inancını göstərən geyim və elementlərin olmasını qadağan edir.
Mehman Mehdiyev