Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.
Newscenter.az xəbər verir ki, məktubda Sahibə Qafarova öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib.
Azərbaycan parlamentinin sədri bildirib ki, 101 il öncə qəhrəman Türkiyə xalqının qazandığı möhtəşəm zəfər, Cümhuriyyətin qurulduğu andan etibarən milli inkişaf yolunda atılmış addımlar, xüsusən son illərdə əldə olunmuş hərtərəfli tərəqqi sayəsində Türkiyə Respublikası haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən birinə çevrilib.
Süleyman