Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”

Şərqiyyə Dadaşova: “Məcburi köçkün sözü keçmişdə qaldı…”


İşğaldan azad edilmiş ərazilərdə insanlar üçün rahat və təhlükəsiz şərait yaradılır. Buna görə də hamı tez bir vaxtda doğma yurda qayıtmaq istəyir. Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova Böyük Qayıdış prosesi ilə bağlı fikrini belə ifadə edib. O, “məcburi köçkün” sözünün “keçmiş məcburi köçkün” sözü ilə əvəz edilməsinin sevinc hissi doğurduğunu bildirib...

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində ictimai fəalların, sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.

Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Şərqiyyə Dadaşovanın iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.



Süleyman
Xəbəri paylaş