Türkiyə Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.
Newscenter.az xəbər verir ki, tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan ziyafətdə qonaqlar sırasında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, hərbi attaşelər, ictimai-siyasi xadimlər, Milli Məclisin sədri Sahibə Qafarova başda olmaqla, parlament üzvləri, media nümayəndələri də yer alırlar.