Türkiyədə daha 103 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Fethiye sahillərində qeydə alınıb.
Belə ki, Muğlanın Fethiye rayonu sahillərində yelkənli qayıqda və rezin qayıqda uşaqların da olduğu 103 qeyri-qanuni mühacir və 2 qaçaqmalçılıqda şübhəli bilinən şəxs tutulub.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, rayon sahillərində yelkənli qayıqda bir qrup qeyri-qanuni mühacirin olduğu xəbəri üzərinə Sahil Mühafizə gəmisi bölgəyə təyin edilib.
Bundan başqa 2-si uşaq olmaqla 28 qeyri-qanuni immiqrant, qruplar tərəfindən rayon sahillərində dayandırılan rezin qayıqda tutulub.
Mehman Mehdiyev