Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalıya köçən əhaliyə 1 metr də torpaq icarəyə verilməyib

Xocalıya köçən əhaliyə 1 metr də torpaq icarəyə verilməyib


"Torpaqlar kiminsə monopoliyası üçün azad edilməyib. Adam var ki, Xocalıda 600 hektar torpaq mənimsəyib. Ancaq Xocalıya köçən əhaliyə 1 metr də torpaq icarəyə verilməyib".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, torpaqlar yerli əhaliyə icarəyə verilməlidir:

"Eyni hal işğaldan azad edilmiş digər şəhər və rayonlarımıza da aiddir. Bu kimi problemlər mövcuddur və həmin problemləri aradan qaldırmaq lazımdır".

Aqil Abbas onu da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır və bu insan da fərəh hissi yaradır.

Süleyman
Xəbəri paylaş