Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AP-nin qətnaməsinin Azərbaycana hər hansı bir təsiri olmayacaq

AP-nin qətnaməsinin Azərbaycana hər hansı bir təsiri olmayacaq


"Bu qətnamənin Azərbaycana hər hansı təsirinin olacağını ehtimal etmirəm, ona qalsa COP29 ümumiyyətlə BMT tədbiridir, Avropa Parlamentinin isə bu ilk belə qərəzli münasibəti deyil, bu Avropa Parlamentinin deputatlarının qərəzli yanaşmasından qaynaqlanır. Buna bənzər addımları Avropa Şurası Parlament Assambleyasında da görmüşdük"

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən səsləndirib. O deyib ki, Avropa Birliyində Şərq Tərəfdaşlığı ölkələrinə sağlam yanaşma sərgiləməyin tərəfdarı olan şəxslər də var:

"Bu yaxınlarda Şarl Mişel belə bir bəyənatla çıxış etdi, bildirdi ki, Aİ ölkələrə münasibətdə göstəriş və yaxud nəyisə qəbul etdirmək xarakterli deyil, manasibətlər bərabər hüquqlü əsasda qurulmalıdır. Şarl Mişelin bəyənatından belə anlaşılır ki, Aİ təzyiq metodu ilə yanaşmdan əl çəkməlidir. Biz də müşahidə edirik ki, Qərb təsisatları tərəfindən bu cür yanaşma münasibətlərə heç bir müsbət yanaşma vəd etmir"

Vüqar Əhmədov bildirib ki, Avroparlamentarilər arasında İslamafob meyllər çox güclüdür:

"BMT isə dünyada tərəflərin dialoq mühitində olması üçün yeganə və uyğun çətirdir, lakin ayrı-ayrı regional təşkilatların daha radikal davrandığının, Avro Parlamentlərdə radikal çıxışlarının şahidi oluruq. Avropa Parlamentinin belə çıxışları hələ bütün Avropanın mövqeyi demək deyildir, COP29 tədbirinə Avropadan da nümayəndələr qatılacaq, çünki bu dünya miqyaslı bir tədbirdir. Azərbaycanın isə belə bir tədbirə ev sahibliyi etməsi dünyanın tamhüquqlu bir hissəsi olduğunu bir daha sübut edir".

Süleyman
Xəbəri paylaş