Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) “Kənd Təsərrüfatının İqtisadiyyatı” elmi-praktik jurnalının Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş xüsusi buraxılışı çıxıb.
Newscenter.az ATM-ə istinadən bildirir ki, xüsusi buraxılışda karbon qazı emissiyaları və qlobal istiləşmənin əsas problemləri, orta illik temperatur göstəricilərinin taxıl əkinlərinin məhsuldarlığına təsirinin dəyərləndirilməsi, iqlim dəyişmələrinin çay bitkisinin toxumla çoxalmasına təsirir, Azərbaycanda yaşıl kənd təsərrüfatına keçidin sürətləndirilməsi imkanları və. s-dən bəhs edilir.
Xüsusi buraxılış 3 dildə, Azərbaycan, rus və ingilis dillərində hazırlanıb.
Anar Əliyev