Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamentinin Azərbaycana qarşə qəbul etdiyi qətnamə siyasi şantaj sənədidir

Avropa Parlamentinin Azərbaycana  qarşə qəbul etdiyi qətnamə siyasi şantaj sənədidir


"Avropa Parlamentinin Azərbaycana qarşə qəbul etdiyi növbəti qətnamə başdan-ayağa siyasi şantaj sənədidir. Bunlar bilə-bilə ki, ermənilər Qarabağdan necə çıxıb gediblər, utanmadan həmin sənəddə ermənilərin Qarabağdan güclə çıxarılmasından və onların ora təhlükəsiz qaytarılmasından bəhs edirlər".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. O bildirib ki, bu siyasi həyasızlığın və siyasi əxlaqsızlığın son nöqtəsidir:

"Bir sözlə, siyasi avanturadır. Təbi ki, bu sənədə və ondakı çağrışlara Azərbaycan hökuməti çox haqlı olaraq “it hürər, karvan keçər” prinsipi ilə yanaşır".

Fikrət Yusifov, "Azərbaycan torpaqlarının işğalı və 30 il işğal altında saxlanılan bu torpaqlarda bütün yaşayış məntəqələrinin yerlə yeksan edilməsini, bir milyona qədər insanın min-bir məşəqqətlə öz ev-eşiyindən didərgin salınmasını görməzdən gələn avropalı siyasi dəllaların qəbul etdiyi hər hansı bir sənədin nə çəkisi ola bilər ki... Biz bizə qarşı bu qədər alçaldıcı bir münasibət sərgiləyən Avropa Birliyini və onun qondarma təsisatlarının hər hansı bir qərarını ciddiyə almamaqda haqlıyıq. Onların qəbul etdiyi bu qətnamə Azərbaycan xalqını aşağılamaq sənədidir. İyrənc siyasi alətə çevrilmiş Avropa Parlamenti belə düşüncəsiz bir sənədi qəbul etməklə hansı yanlışlığa yol verdiyinin fərqində olmalı idi",-deyə bildirib.

Süleyman
Xəbəri paylaş