Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Belə oyunlar Azərbaycan üçün əhəmiyyət kəsb etmir

Belə oyunlar Azərbaycan üçün əhəmiyyət kəsb etmir



"Azərbaycan dövləti beynəlxalq tədbirlər öncəsi müxtəlif qərəzli təşkilat və qurumlar tərəfindən təzyiqlərə məruz qalmağa öyrəşib. COP29 tədbiri öncəsi də fərqli keçmir. Avropa Parlamentinin qəbul etdiyi qətnamə başdan ayağa qərəz üzərində qurulub və heç bir real əsası olmayan iddialardan təşkil olunub".

Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, eyni mövzular həmişə dövriyyədə olan mövzulardır:

"Həmin mövzulara görə qəbul edilmiş qərarlar dəfələrlə təkrarlanır. Amma nə sirrdirsə bu günə kimi Azərbaycan bundan zərər görməyib, hətta getdikcə güclənərək bu oyunlardan çıxıb".

Azər Qasımov deyib ki, ərazi bütövlüyünün və suverenliyin bərpası da bunun bariz nümunəsidir:

"Hesab edirəm ki, belə oyunlar artıq Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycan öz işinə fokuslanıb. Beynəkxalq aləmin ona inanıb həvalə etdiyi bütün dünyanın gələcəyini həll edən tədbirə hazırlaşır və dünya ictimaiyyətinin inamını doğrultmaq istəyir. Kimlərinsə xırda oyunlarında vaxt itirmək istəmir. Azərbaycan qlobal problemlərin həlli ilə məşğuldur. Hesab edirəm ki, AP bu qərarı ilə özünün nə qədər kiçik düşündüyünü, eyni zamanda, öz çapını göstərdi".

Süleyman
Xəbəri paylaş