Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu cür mövqe Avropa İttifaqının özü üçün yaxşı heç bir nəticə verməyəcək

Bu cür mövqe Avropa İttifaqının özü üçün yaxşı heç bir nəticə verməyəcək


"Avropa Parlamentinin ölkəmiz əleyhinə oktyabrın 24-də qəbul etdiyi Qətnamə növbəti dəfə bu qurumun öz qərarlarında riyakar mövqe tutduğunu göstərir".

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki, hər dəfə insan hüquqları adı altında qəbul edilən qətnamə və bəyanatlar əslində ermənilərin hüquqlarının müdafiəsi məqsədinə xidmət edir:

"Son qətnamənin adına da baxdıqda görürük ki, onlar üçün prioritet Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin və separatçı rejimin liderləri olan terrorçuların hüquqlarının ön plana çəkilməsindən ibarətdir.

Bir milyondan çox azərbaycanlının evlərindən qovulmasına, Ermənistanın etnik təmizləmə siyasəti aparmasına, ərazilərimizi 30 il işğal altında saxlamasına baxmayaraq bir dəfə də olsun bu ölkəyə qarşı qətnamə qəbul etməyən Avropa Parlamentinin indiki mövqeyi təbii olaraq haqlı ikrah hissi oyadır. Bütün bunlar Avropa İttifaqı ölkələrinin bir qisminin Ermənistanı silahlandırması, Avropa İttifaqının sülh fondu vasitəsilə Ermənistana silah və texnika alınması üçün milyonlarla vəsai ayırması fonunda baş verir".


Yusif Bağırzadə onu da qeyd edib ki, artıq Avropa İttifaqının aparıcı ölkələri də təmsil olunduqları qurumu bu cür mövqeyindən açıq şəkildə narahatlıq ifadə edirlər:

"Elə bu günlərdə İtaliya xarici işlər nazirinin müavini Ermondo Ciriellinin bəyanatı bunun bariz sübutudur. İtaliyalı diplomat öz bəyanatında Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsini hüquqi və saxtakarlıqlarla dolu olan bir qətnamə adlandırıb və bildirib ki, bu cür mövqe Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə kömək etmir, əksinə münaqişəni qızışdırır.

Bütün bunlar onu deməyə əsas verir ki, Avropa Parlamentinin qətnaməsi heç də Avropa İttifaqı ölkələrinin hamısı tərəfindən dəstəklənmir. Bu sadəcə Fransanın təkidi ilə bir qrup tərəfindən qəbul edilmiş qətnamədir. Odur ki, bu Qətnamənin Azərbaycan hər hansı ciddi problemlər yaradacağını düşünmürəm. Əksinə bu cür mövqe Avropa İttifaqının özü üçün yaxşı heç bir nəticə verməyəcək".

Süleyman
Xəbəri paylaş