Qırğızıstanda dövlət himni dəyişdiriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov da dövlət himninin dəyişdirilməsini dəstəkləyib.
Qeyd edək ki, bundan əvvəl Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev himnin dəyişdiriləcəyini bildirmişdi. Onun fikrincə, himn universal, ritmik olmalı, istənilən vaxt, istənilən şəraitdə gənc və yaşlı tərəfindən asanlıqla ifa oluna bilməlidir.
Anar Əliyev