İngiltərədə nüvə sualtı qayıqlarının inşa edildiyi tərsanələrdə yanğın baş verib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, bu barədə yerli polis məlumat verib.
Polisin məlumatına görə, hadisə zamanı xəsarət almış iki nəfər xəstəxanaya yerləşdirilib.
Yanğın BAE Systems korporasiyasının yeni nəsil nüvə sualtı qayıqlarını tikdiyi Barrow-in-Furness gəmiqayırma zavodlarında (İngiltərənin Cumbria qraflığı) baş verib.
Yanğının qarşısı vaxtında alındığından ətraf ərazilərin nüvə ilə çirklənmə riski olmayıb.
Mehman Mehdiyev