Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrana dərs xarakterli mesaj

İrana dərs xarakterli mesaj


"İranın İsrailə yaxınlığı, İsrailin İrana yaxınlığından daha azdır. Söhbət hərbi əlçatımlıqdan gedir".

Newscenter.az xəbər verir ki, bunu AVP sədirinin Beynəlxalq məsələr üzrə köməkçisi, siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, bir müddət əvvəl İran raket zərbələri ilə İsraili hədəf aldı. Sözügedən hücum bəlkə də İsrailin son illər üzləşdiyi ən çətin situasiyalardan biri idi:

"Təl-Əvivin havadan müdafiə sistemlərində ciddi axsamalar oldu və hərbi aspektdən bu normal haldır. Lakin özünü hər zaman təhlükəsiz vakumda hiss edən yahudi xalqı üçün bu bir növ psixoloji gərginlik demək idi. İranın İsrailə zərbə endirmək imkanı təkcə uzaqdan ballistik raketlə ola bilərdi ki, bunun da praktikası yaşandı. İndi İsrailin əlində Rafael şirkətinin istehsalı anti-ballistik sistem olan David's Sling-dən başqa ABŞ tərəfindən göndərilən daha bir müasir sistem THAD-lar mövcuddur. Bunlar İranın hücumlarını neytrallaşdırmağa kifayətdir. Təbii ki, iş prinsipi qaydasında".

AVP rəsmisi onu da deyib ki, İsrail isə bir neçə gün əvvəl İrana cavab hücumu təşkil etdi:

"Bu isə tamamilə fərqli bir mənzərə idi. İsrail F35I-ləri paytaxt Tehran başda olmaqla ölkənin hava məkanında sanki şou göstərdilər. İran ordusu və SEPAH HHM sistemləri ilə F35I-ləri dayandıra bilmədi. Bu isə anormal bir vəziyyətdir. İran kimi iddialı, Yaxın Şərqdə vəkalət savaşları aparan və özünü İslam dünyasının liderliyinə fokuslamış bir ölkənin hava məkanı sanki süzgəcə bənzəyir. Bunun da əsas səbəbi rejiminə qarşı beynəlxalq müstəvidə olan güvənsizlikdən qaynaqlanır. İranın əlində anti-ballistik sistemlər hazırlayacaq texnolgiya yoxdur. Lakin Çin və Rusiya da bu mövcuddur və hər iki ölkə Tehrana yaxınlığı ilə seçilir. Yəni, diplomatik cəhətdən İran effektiv siyasət həyata keçirib bu sistemlərin heç olmaya ixrac versiyalarını əldə edə bilsəydi ən azından İsrail bu qədər arxayınlıqla hərəkət edə bilməzdi. Onlar bilirdilər ki, İran müdafiəsi qarşılıq verə bilməyəcək".

Pərviz Mirizadə qeyd edib ki, İsrail ordusu məlum əməliyyatla İrana ciddi zərbələr endirməsə də, kifayət qədər kəşfiyyat məlumatları toplayıb geri qayıda bildi:

"Bu bir növ də İrana dərs xarakterli mesaj idi".

Süleyman
Xəbəri paylaş