Cənubi Koreya həddindən artıq turizmə qarşı komendant saatı tətbiq edəcək.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, Cənubi Koreyada səlahiyyətlilər həddindən artıq turizmin qarşısını almaq üçün tarixi Bukchon Hanok kəndində bəzi yerlərə girişi məhdudlaşdıracaq.
Bununla əlaqədar olaraq noyabr ayında sınaq mərhələsinə başlanacaq. Qaydaları pozanlar cərimələnəcək.
Qeyd edək ki, tarixi kəndə gələn turistlər yerli sakinlərin onlara maneçilik törətdiklərindən gileylənirlər.
Mehman Mehdiyev