Samiq Sadıxovun köməkçisi, kassiri, aparat rəhbəri, hazırda onun tərəfindən qeyri- rəsmi idarə olunan TMİB-in icraçı direktoru Vüsal Məmmədov və Naxçıvan İTS-in idarə heyətinin sədri Elnur İbrahimov Samiq Sadıxovla birlikdə etdikləri maxinasiyalarinin aşkara çıxdığını görüb qapı-qapı düşərək özlərinə yeni arxa axtarırlar ki, dövlətdən talamaq yolu ilə əldə etdikləri var-dövləti qoruya bilsinlər.
Müstəqil qurumlar olmasına baxmayaraq uzun müddətdir Samiq Sadıxov tərəfindən idarə olunan TMİB-in icraçı direktoru və Naxçıvan İTS-in idarə heyətinin sədri əyri işlərinin və getdikcə bütün etdikləri qanunsuzluqların üstünün açıldığını görüb öz aralarinda gizlin sövdəşələrək cəmiyyətə və rəhbərlərə oyun oynamağa başlayıblar. Guya bunların münasibəti pozulub, amma gizlində görüşərək əvvəlki əməllərinə davam edirlər.
Sövdələşmələri isə ondan ibarətdir ki, heç olmaya 3-dən vəzifədə qalsın və vəziyyəti idarə edə bilsinlər.
Halbuki bunu bütün rəhbərlər və cəmiyyət bilir ki, Samiq Sadıxov tutdugu vəzifəsini itirərsə havadarlıq etdiyi Naxçıvan İTS-in idarə heyətinin sədri və TMİB-in icraçı direktoru da işlərini itirəcək.
Çünki bütün maxinasiyalar bu 3-lük tərəfindən cinayət əlaqəsinə girərək edilib.
Qeyd: Samiq Sadıxov komissiya yaradaraq Vüsal Məmmədov Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri olan zaman onu komissiya sədri qoyub. Komissiyanın sədri Vüsal Məmmədovun qərarı ilə istədikləri adamlara 5-10.000 manat və daha üstün əmək haqqılar təyin ediblər. Naxçıvan İcbari Tibbi Sğorta tərəfindən həmin pulları adamların hesabına köçürərək dövlətin pulunu mənimsəyiblər.
Bu 3-lüyün rəhbəri olan Samiq Sadıxov əvvəllər etdiyi kimi öz qanunsuz əməllərini kimlərinsə boynuna qoyaraq vəziyyətdən çıxana kimi rəhbərlərə və cəmiyyətə münasibətimizin olmadığını göstərin deyir, Halbuki axşam saatlarında və digər gizlin yollarla əvvəlki idarəetməni davam etdirirlər. Hər yerdə bildirir ki, özümə paytaxtdan qeyri-qanuni əməllərini ört basdır etmək üçün yaxşı arxa-dayaq tapmışam.
Növbəti yazılarımızda bu 3-lüyün digər əməlləri barədə ətraflı məlumat verəcəyik.
Sima Babayeva