Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Çin diplomatik münasibətlərin qurulmasının 75 illiyi qeyd ediləcək

Rusiya-Çin diplomatik münasibətlərin qurulmasının 75 illiyi qeyd ediləcək



Rusiya və Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi qeyd ediləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, yubiley tədbirləri bu ilin sonuna qədər həm Rusiya Federasiyası, həm də Çində qeyd olunacaq.

İki ölkə arasında diplomatik münasibətlərin 75 illiyi ərəfəsində danışan Çinin xarici işlər naziri Vanq Yi deyib ki, Çin və Rusiyanın hakimiyyət orqanları sabit beynəlxalq münasibətlərin qorunmasına töhfə verir və BMT Nizamnaməsinə əsaslanan hüquqları müdafiə edir.

Xatırladaq ki, hər iki tərəf uğurlu birgə ticarət-iqtisadi, mədəni və humanitar layihələr üçün möhkəm zəmin yaradan Rusiya-Çin hərtərəfli strateji tərəfdaşlığının görünməmiş yüksək səviyyəsini dəfələrlə qeyd edib.

Anar Əliyev
Xəbəri paylaş