Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlər bullinq mövzusunda maarifləndirilir

Şagirdlər bullinq mövzusunda maarifləndirilir


Şagirdlərin müxtəlif mövzularda maarifləndirilməsi, onların cəmiyyətdə mövcud olan mənfi tendensiyalardan uzaq tutulması məqsədilə təhsil müəssisələrində müxtəlif maarifləndirici tədbirlər təşkil olunur.

Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri də paytaxtdakı 96 saylı tam orta məktəbdə keçirilib. Bu barədə məlumat verən təhsil müəssisəsinin direktoru Mehriban Hacıyeva deyib ki, məktəbin akt zalında təşkilatçı Nigar Süleymanova və psixoloq Sevinc Abdullayeva tərəfindən “Bullinqə “yox” deyək!” adlı maarifləndirici tədbir təşkil olunub:

"Tədbirdə aşağı yaş kateqoriyasına daxil olan şagirdlər iştirak ediblər. Tədbirin məqsədi şagirdləri bullinq mövzusunda maarifləndirmək, hansı yanlış davranış formalarının bullinq hesab edildiyi və bullinqin yarada biləcəyi travmalar barədə danışmaq olub".

Süleyman
Xəbəri paylaş