2029-cu ilə qədər Qazaxıstan 150 milyard dollar birbaşa xarici investisiya cəlb edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu prezident Kasım-Jomart Tokayev Xarici İnvestorlar Şurasının 36-cı plenar iclasında deyib.
O bildirib ki, Beynəlxalq İdarəetmə İnkişafı İnstitutunun (IMD) məlumatına əsasən, Qazaxıstan dünyanın ən rəqabətədavamlı 35 ölkəsi sırasındadır.
"Biz 2029-cu ilə qədər xaricdən əlavə 150 milyard dollar birbaşa investisiya cəlb etmək kimi iddialı məqsəd ortaya qoymuşuq. Bu tapşırığı həyata keçirmək üçün Hökumət yanında İnvestisiya Qərargahına yaranmış problemləri tez bir zamanda həll etmək səlahiyyəti verilib",-deyə Tokayev bildirib.
Prezidentin sözlərinə görə, Qazaxıstan son altı ildə geoloji kəşfiyyata 1 milyard dollardan çox sərmayə qoyub.
Mehman Mehdiyev