"21 il əvvəl, 2003-cü il oktyabrın 31-də ilk dəfə Azərbaycanın Prezidenti postuna seçilən İlham Əliyev Andiçmə mərasimində bildirirdi ki, mən Ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq Azərbaycanın qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ələxsusda əsas taleyüklü problemimiz olan Qarabağı erməni tapdağından azad etmək üçün çalışacam.
İlham Əliyev fəaliyyətinin ilk günündən bütün gücünü bir nömrəli müqəddəs missiyası olan torpaqlarımızın azad edilməsinə yönəltid, ölkəmizi gücləndirdi, əsil peşəkarm Ordu yaratdı və tarixi Zəfərlər Azərbaycanın ərazi bütövlüyünün təmin etdi, Xankəndi Zəfəri ilə suverenliyimizi və Konstitusuya quruluşumuzu tamamilə bərpa etdi.
O, Ata Vəsiyyətini yerinə yetirərək Qəhrəman Ogul kimi adını tarixə əbədi həkk etdirdi".
Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. Onun sözlərinə görə, Möhtəşəm və Möhtərəm Siyasi Lider öz tarixi missiyasını 4 ildir ki, azad edilmiş ərazilərdə quruculuq meydanında davam etdirir, Qarabağ və Şərqi-Zəngəzuru abad və firavan məkana çevirməkdədir, artıq 2000-dən çox ailə öz doğma evlərinə qayıdıb, bu bölgədə həyata qaynayır:
"Cənab İlham Əliyev ali dövlət kürsüsündə müstəqil Azərbaycan son 21 il ərzində yüksək intellekti, əzmi və cəsarəti, güclü siyasi qətiyyəti və iradəsi, böyük uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və məharəti sayəsində ən qüdrətli dövlətə çevririb.
Beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Bu gün Onun yaratdığı reallqlarla dünya ölkələri barışmağa məcburdur".
Vaqif Abdullayev qeyd edib ki, Cənab Prezident Qarabağı geri qaytardığı kimi Qərbi Azərbaycan torpaqlarından didərgin düşmüş soydaşlarımızın da tarixi yurdlarına geri dönüşü üçün yorulmadan çalışır:
"İnanırıq ki, İlham Əliyev biz – Qərbi Azərbaycanlıların da torpaq həsrətinə son qoyacaq. O, buna qadirdir, bütün vədlərini yerinə yetirən, öz imzasını təsdiq edən dahi liderdir".
Anar Əliyev