"ABŞ - da prezident seçkilərinə az qalmış namizədlər arasında da mübarizə gərginləşir. Ölkə miqyasında keçirilən son rəy sorğularına görə namizədlərin hər ikisi - həm Donald Tramp, həm də Kamala Harris 47 faiz səs alırlar. Namizədlərin səslərinin bərabərləşməsinin bir neçə səbəbi var. Seçkinin ilk mərhələsində Tramp öndə idi".
Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, bunun səbəbi onun qarşısında qocalmış və xəstə vəziyyətində olan Co Baydenin mübarizə aparması idi:
"Tərəflər arasındakı ilk debatdan sonra onların arasındakı səs fərqi daha da artmağa başladı. Ancaq Co Baydenin namizədliyi Kamala Harrisə ötürməsindən sonra fərq sürətli şəkildə azalmağa başladı. Tərəflər arasındakı debatlar və seçki kompaniyası da fərqi artıra bilmədi. Həm respublikaçı, həm demokratlar bir - birinin zəif tərəflərini tez aşkara çıxarır və həmin istiqamətdən hücuma keçirlər. Seçki kompaniyasında tərəflər müdafiədən daha çox hücuma üstünlük verirlər. Səsvermə gününə az qaldığı üçün ümumi ölkə miqyaslı problemlərdən daha çox qərarsız ştatların problemləri müzakirələr gedir".
Politoloq deyib ki, həssas ştatlar hesab edilən Şimali Korolina, Pensilvaniya və Miçiqanda namizədlərdən heç biri üstünlük qazana bilmir:
"Ağ Evə sahib olmaq üçün bu ştatlardan heç olmasa birində qalib gəlmək lazımdır. Pensilvaniyada sui - qəsd sonrası Tramp önə keçsə də sonradan Harris kampaniyaya qoşulduqdan sonra onların səs fərqi bərabərləşdi. Əgər Tramp çalışarsa bu ştatda mövqelərini möhkəmləndirə bilər. Burda həm respublikaçıların, həm də Trampın özünün nüfuzu böyükdür. Kamala Harrisi əsasən gənclər dəstəkləyir. Bunu nəzərə alaraq Tramp son zamanlar Pensilvaniyada ali məktəblərdə təbliğatı gücləndirib. Respublikaçılar ayrı - ayrı ştatlarda güclü şəkildə işləsələr də ümumi ölkə miqyasında onların şansını azaldan bir neçə məqam var. İlk məsələ ianə fondu ilə bağlıdır. ABŞ - da prezidentliyə namizədlərin topladığı ianələr seçki nəticələrinə ciddi təsir göstərir".
Anar Əliyev