Belarusun paytaxtı Minsk şəhərində Avrasiya təhlükəsizliyi üzrə II Minsk konfransı keçirilir.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, konfransda 45-ə yaxın ölkədən 600-ə yaxın nümayəndə iştirak edir. Həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və digər beynəlxalq təşkilatların rəsmiləri də konfransa qatılıb.
Konfransda çıxış edən Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiyada təhlükəsizliyin vacibliyindən danışıb, bu istiqamətdə atılması vacib olan addımları sadalayıb.
Mehman Mehdiyev