"Azərbaycanda COP-29 -un yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati işlər görülüb".
Bu fuikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev COP29-a hazırlıq çərçivəssində görülən işlərdən danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, bir qayda olaraq mühüm beynəlxalq tədbirlərə evsahibliyi etdiyimiz ərəfəsində qərəzli, heç bir əsası olmayan ittihamlar, qarayaxmalarla qarşılaşmağımız da gözlənilən idi:
"Təxribatların olacağı təxmin edilirdi və gələcəkdə də istisna deyil. Bu məsələdə, Avropa Parlamenti, Fransa başda olmaqla bəzi Qərb dövlətləri xüsusilə fərqlənirlər. Əslində, həmin qüvvələr başa düşməlidirlər ki, COP-29 Birləşmiş Millətlər Təşkilatının tədbiridir. Sammitin işinə mane olmaqla, Azərbaycandan çox, Qlobal ekologiyaya zərbə vururlar".
Millət vəkili hesab edir ki, onların təxribatları, canfəşanlıqları nəticə verməyəcək. Azərbaycan, beynəlxalq tədbirlərin təşkilində geniş təcrübəyə malikdir:
"COP-29 sammiti də, o cümlədən yüksək səviyyədə keçiriləcəkdir".
Süleyman İsmayılbəyli