İstanbulda hava yollarından istifadə edən sərnişinlərin sayı Türkiyə əhalisini ötüb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu ilin yanvar-sentyabr dövründə İstanbul və Sabiha Gökçen hava limanlarından 91 milyon 630 min 786 sərnişin istifadə edib.
Bu artım turizm mövsümünün sonu sayılan sentyabr ayında da davam edib.
Sabiha Gökçen hava limanında da daxili və xarici sərnişinlərin sayı artıb.
Bu ilin yanvar-sentyabr aylarında hava limanında 30 milyon 971 min 698 sərnişin, daxili xətlərdə 14 milyon 761 min 953, beynəlxalq xətlərdə isə 16 milyon 209 min 745 sərnişin qəbul edilib.
Mehman Mehdiyev