Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhdidlərə qarşı effektiv tədbirlərə ehtiyac var

Təhdidlərə qarşı effektiv tədbirlərə ehtiyac var


"Bugünkü çağırış və təhdidlərlə qarşı dövlətlər öz qüvvələrini birləşdirməlidir. Çünki çağırışlara və təhdidlərə qarşı effektiv tədbirlərə ehtiyac var. Biz birləşməsək, bu tədbirləri inkişaf etdirməsək və həyata keçirməsək, çətinliklər yaranacaq".

Newscenter.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, dünyada beynəlxalq təhlükəsizliyi təmin edəcək hüquqi sənədlər qalmayıb və bu sahədə yeni sazişlər bağlanmır.

“Bu gün deməliyik ki, hərbi təhlükəsizliyi təmin edən beynəlxalq hüquqi sənədlər praktiki olaraq yoxdur”, -deyə Lukaşenko bildirib.

Belarus prezidenti bildirib ki, ABŞ qlobal təhlükəsizlik qarantı rolunu oynaya bilmir.

Anar Əliyev
Xəbəri paylaş