Gürcüstan bu dəfə də Ermənistanın göz yaşlarına inanmır. Fransanın Ermənistana göndərdiyi "CAESAR" özüyeriyən artilleriya qurğuları Gürcüstan Poti limanından buraxmır.
Məhz buna və digər səbəblərə görə "Azərbaycan üçün Gürcüstan dost və müttəfiq kimi vacib əhəmiyyət daşıyır" cümləsindən dəfələrlə istifadə edirəm.
Bir anlıq təsəvvür edin ki, Gürcüstanda keçirilən seçkilərdə ABŞ və Fransa tərəfindən dəstəklənən qüvvələr qalib gəlib. İlk işləri Ermənistanı silahlandırmaqdan və Azərbaycanın neft və qaz xətlərinə problem yaratmaqdan ibarət olardı.
Bu məsələlərdə uzaqgörən olmalıyıq və dövlət maraqlarımıza uyğun addım atmalıyıq.
Dünyanın az sayda qlobal gücləri tərəfindən uydurulan "demokratiya nağıllarına" vaxtilə inanan Gürcüstan, Suriya, Liviya və Ukraynanın səhvlərini təkrarlamaq olmaz. Eyni aqibət Ermənistanı da gözləyir. Yaxın 2-3 ildə cırtdan Ermənistan bəlkə də mövcudluğunu qismən qoruya biləcək, amma Rusiya və ABŞ-ın geosiyasi toqquşma meydanı olmaqdan qoruna bilməyəcək. Ermənistanın faciəvi sonu bu toqquşma ilə reallaşacaq.
Ədalət Verdiyev, hərbi ekspert