"Azərbaycan dövləti baş tutacaq COP29 tədbirinə ilk növbədə beynəlxalq kontekstdən yanaşır. Əldə ediləcək dividentlər Azərbaycan üçün sonuncu amillərdir. COP29-da bütün dünyanın ekoloji problemlərinin həll edilməsi yolunda atılacaq addımlara ev sahibliyi etmək Azərbaycanın əsas dividentidir".
Bu fikirləri Newscenter.az-a ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, bütün dünya ölkələrinin bu tədbiri Azərbaycanda keçirilməsinə razılıq verməsinin özü Azərbaycana olan inam və etimadın nəticəsidir:
"Azərbaycan da bu etimadı doğrultmaq üçün əlindən gələni edir. COP29-un bütün dünyaya faydalı olması lazımdır. Bunun üçün dünyanın iri dövlətləri bunda maraqlı olmalıdırlar. Azərbaycan ekoloji problemlərin həlli üçün əlindən gələni edir. Yaşıl enerji sahəsində uğurlar qazanır.
Təbii ki, bu tədbirin həyata keçirilməsi fonunda Azərbaycanın adının çəkilməsinin özü bizim ən başlıca nailiyyətimiz hesab olunmalıdır, hansı ki bunda maraqlı olmayan ölkə və qüvvələr də mövcuddur. Hesab edirəm ki, Azərbaycan dövləti öz üzərinə götürdüyü tədbirin uğurla başa çatması üçün əlindən gələni edir və edəcək".
Süleyman