Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

COP29-un Azərbaycana iqtisadi faydaları da olacaq

COP29-un Azərbaycana iqtisadi faydaları da olacaq


"Bu günlərdə Bakıda keçiriləcək COP29 sammitinin Azərbaycana təkcə siyasi deyil, eyni zamanda iqtisadi faydaları da kifayət qədər olacaq".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Arzuman Muradlı səsləndirib. O bildirib ki, COP29 sammitinə çoxlu sayda xarici qonaq gələcək ki, bu da Bakı üçün iqtisadi dividentlər gətirəcək:

"Hər bir qonağın otel haqqı, Azərbaycanda olduqları müddətdə xərcləyəcəkləri vəsait təbii ki, dövlət büdcəsinə gedəcək. Onların iaşə obyektləri, ticarət mərkəzlərindən istifadəsi iqtisadi fəallığı artıracaq, ölkəyə pul kütləsinin daxil olmasına yol açacaq".

Arzuman Muradlı deyib ki, COP29-un turizmə, onun inkişafına, Azərbaycanın turizm zonalarının beynəlxalq aləmdə daha yaxından tanıdılması və təbliğinə yol açacaq:

"Bildiyiniz kimi COP29 iştirakçılarının Azərbaycanın turizm zonalarına səfərləri də nəzərdə tutulub. Hesab edirəm ki, sammit iştirakçılarının belə bir səfərlərinin təşkili kifayət qədər müsbət və Azərbaycan üçün faydalı addımdır. Bu gün COP29 üçün Azərbaycana gələn və sammit çərçivəsində müəyyən edilmiş proqrama əsasən turizm zonalarına gedib oradakı şərait, xidmətlərlə tanış olan ayrı-ayrı ölkələrin nümayəndələri sabah Azərbaycana potensial turist kimi səfər edəcəklər".

Süleyman
Xəbəri paylaş